Pandemiya tikinti materiallarının istehsalını “vurdu”

Pandemiya tikinti materiallarının istehsalını “vurdu”

img



Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 203,9 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5% azalıb.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər vverir ki, bu ilin dörd ayında ölkədə 911,4 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 8,7% azdır.

Bu ilin yanvar-aprel aylarında ölkədə 46,8 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 41,3% azdır.

Bu ilin yanvar-aprel aylarında tikinti kərpicinin istehsalı 6,8% artaraq 141,2 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 2,9 dəfə artaraq 4,7 min ton olub. Yanvar-aprel aylarında tikinti əhənginin istehsalı 24,6% azalaraq 10,4 min ton təşkil edib.

Yanvar-aprel ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 13,5 min ton olaraq, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 69,3% azalıb.

Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 4,3% azalaraq 13,5 min kubmetr təşkil edib.

Ötən dörd ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8% azalaraq 5 094,8 ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 9,9% artaraq 461,4 min ton təşkil edib.