"AS Group Investment"in milyonlar yatırdığı layihə "batır"

"AS Group Investment"in milyonlar yatırdığı layihə "batır"

img



"AS Group Investment" şirkəti Şağan qəsəbəsində inşa etdiyi lüks villaların satışını dayandırıb.

 

Şirkətdən bildirilib ki, bunan sonra villaların icarəyə verilməsi planlaşdırılır.

 

"AS Group Investment" Şağanda italyan üslubda tikilmiş 28 villanın 22-sini artıq bir neçə ildir ki, satmağa çalışırdı, amma bu cəhdlər uğursuz olub. Son iki ildir şirkət cəmi 2 villa sata bilib.

 

Villaların qiyməti 1,2 - 1,6 milyon manat arasında dəyişirdi. Villalara maraq o qədər aşağı olmuşdu ki, şirkət villa alıcılarına özünün Yasamalda inşa etdiyi "Renessans Palace" yaşayış kompleksindən 1-2 otaqlı mənzil hədiyyə etməyə də hazır idi və bu barədə kampaniya başlamışdı.

 

Son vaxtlar isə villaların qiyməti daha da yüksələrək 2,5 milyon manata yüksəlib.

 

İndi isə "Villa Siena" villalar kompleksi ilə bağlı planlar dəyişib. "AS Group Investment"dən bildirilib ki, qiyməti 2,5 milyon manata yüksələn villaları satmaq yox, icarəyə vermək planlaşdırıdır.

 

Hazırda villalarda təmir işləri getdiyi üçün satış üç gündür dayandırılıb. Villalar icarəyə tam təmirli, mebellə təchiz olunmuş formada veriləcək. Villaların icarə haqqı isə aylıq 15 000 manat, 1 illik 100 000 manatdır.

 

Villalar 10-16 sot torpaqda yerləşir, onların sahəsi 620 kvadratmetrdən başlayır. Şəhərciyi xatırladan və sahəsi 4,6 hektar olan kompleksin ərazisi 24 saat yüksək səviyyəli mühafizə ilə təmin edilir.

 

©️ FED