Zeynal Nağdəliyevin beş əməkdaşı işdən çıxarıldı

Zeynal Nağdəliyevin beş əməkdaşı işdən çıxarıldı

img



Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb.


Index.az xəbər verir ki, şöbənin əməkdaşları - Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər.


Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir.


Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

 

Unikal.org