I rübdə büdcə xərclərinin 13%-i iqtisadi fəaliyyətə yönəldilib

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində iqtisadi fəaliyyət xərcləri 63 % və yaxud 1 milyard 055,9 milyon manat səviyyəsində icra olunub.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35 % və yaxud 569,5 milyon manat azdır.

Hesabat dövründə ümumi iqtisadi fəaliyyət xərcləri faktiki büdcə xərclərinin 13 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin dövlət büdcəsində iqtisadi fəaliyyət xərcləri 8 milyard 377,526 milyon manat səviyyəsində nəzərə tutulub.