Hindistan brendlərinin ümumi dəyəri 2 trilyon dollara çatır

Hindistanın ən yaxşı 100 brendinin ümumi dəyəri bir il ərzində artaraq 2 trilyon dollara yaxınlaşıb.

İndex.az xəbər verir ki, bu barədə “Brand Finance” konsaltinq şirkətinin araşdırmasında deyilir.

Məlumata görə, “Tata Group” konqlomeratı ölkənin ən bahalı brendi olaraq qalır. Onun dəyəri il ərzində 10,3% artaraq 26,4 milyard dollar təşkil edib. Bu şirkət ən bahalı brendlərin qlobal siyahısında yeddinci yeri tutur.

“Son iki il ərzində “Tata Qroup” rəqəmsallaşma və yeni texnologiyaların istifadəsi vasitəsilə əhəmiyyətli strateji transformasiyaya məruz qalıb”, deyə “Brand Finance”nin direktoru Savio De Souza bildirib.

İkinci yeri proqram təminatı istehsalçısı olan “Infosys” şirkəti tutub. Bu brendin dəyəri 13,01 milyard dollar qiymətləndirilir.

Üçüncü sırada “Life Insurance Corporation” (9,76 milyard dollar) sığorta şirkəti qalıb. “Airtel” telekommunikasiya operatorunun brendi (7,53 milyard dollar) reytinqdə dördüncü yerə yüksəlib, “Reliance Industries” konqlomeratı (7,36 milyard dollar) isə beşinci yerə düşüb.

Geyim brendi olan “Raymond” şirkətinin dəyəri 83% artaraq 273 milyon dollara çatıb. Bu şirkət reytinqdə 94-cü yerdə yerləşərək əhəmiyyətli qazanc əldə edib.