Hidrogenlə işləyən qatar dünya rekordu qırdı: Dayanmadan 2803 km getdi

Bütün dünya elektrik mühərrikli nəqliyyat vasitələrindən danışarkən, bəzi şirkətlər bunun alternativi üzərində işləməyə davam edir.

İndex.az xəbər verir ki, “Toyota” hidrogen yanacağı ilə işləyən avtomobillər üzərində işlərini davam etdirir.

Hidrogen yanacağı xüsusilə qatarlar kimi nəqliyyat vasitələri üçün prioritet olaraq görülməyə başlayır.

İsveçrənin qatar və vaqon istehsalçısı “Stadler Rail” tərəfindən həyata keçirilən hidrogen yanacağı qatarı layihəsində mühüm mərhələyə keçildi. “Stadler Rail” tərəfindən hazırlanmış qatar Almaniyada öz marşrutu ilə iki gün ərzində dayanmadan cəmi 2803 kilometr yol qət edərək adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb.

“Stadler Rain” tərəfindən ilk dəfə 2022-ci ildə təqdim edilən “Flirt H2” adlı qatar bütün elektriksiz və ya qismən elektrikləşdirilmiş dəmir yollarında istifadə üçün nəzərdə tutulmuşdu. 127 km/saat sürətlə hərəkət edə bilən qatar çox sürətli olmasa da, təbiətə yalnız hidrogen və su buxarı buraxdığı üçün digərlərindən fərqlənir. Qeyd edək ki, ənənəvi qatarlarda ümumiyyətlə dizeldən istifadə olunur.

Şirkətin top menecerlərindən biri olan Dr. Ansgar Brockmeyer bu mövzuda qeyri-adi bir uğur əldə etdiklərini söylədi. İdeal performans diapazonu nümayiş etdirdiklərini bildirən “Brokmeyer” komandası ilə fəxr etdiyini bildirib. Hazırda sınaq mərhələsində olan qatarın nə vaxt dünyaya yayılacağı məlum deyil.