Bu il mobil rabitə xidmətlərindən 671 milyon manat əldə olunub - RƏSMİ

Bu il mobil rabitə xidmətlərindən 671 milyon manat əldə olunub - RƏSMİ

img



Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 671 mln. manat təşkil edib.

 

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,9%-ni təşkil edib.

 

"Bu ilin doqquz ayında informasiya və rabitə müəssisələri tərəfindən 1 602,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 73,6%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 2,7% artıb", - deyə komitədən bildirilib.