Azərbaycana mobil telefonların idxalı avqustda kəskin artıb

Azərbaycana mobil telefonların idxalı avqustda kəskin artıb

img



Bu ilin avqust ayında Azərbaycana 183 471 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

 

İndex.az xəbər verir ki, bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Komitədən verilən məlumata görə, iyul ayı ilə müqayisədə avqustda idxal 66,2% artıb. Avqust ayında idxal olunan məhsulların dəyəri 22 487,1 min ABŞ dolları təşkil edib ki, bu da iyul ayının göstəricisi ilə müqayisədə 70% çoxdur.

 

Həmçinin bildirilib ki, ümumilikdə bu ilin yanvar-avqust aylarında ölkəyə 917 536 ədəd mobil qurğu idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 8% təşkil edib. Bu ilin səkkiz ayında idxal olunan məhsulların dəyəri 121 480,7 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-avqust aylarının göstəricisini 21,5% üstələyir.

 

Qeyd edək ki, sentyabrın 21-dən etibarən Azərbaycanda şəxsi istifadə üçün malların gətirilməsi qaydaları sərtləşdirilib.