“WhatsApp”da yeni funksiya işə düşüb

Yalnız “Android” cihazlar üçün nəzərdə tutulan “WhatsApp”ın ən son versiyasında yeni funksiya işə düşüb. O, messencerin “Status” bölməsi ilə əlaqəlidir.

Məlumata görə, yenilik istifadəçilərə video və foto kontenti şaquli şəkildə paylaşmağa imkan verəcək. Beləliklə, messencer daha çox “Instagram” sosial şəbəkəsinə bənzəyəcək.

“GizmoChina” nəşri qeyd edir ki, dəyişikliklər istifadəçilərin köhnə dizaynın yöndəmsiz və qeyri-intuitiv olması ilə bağlı rəylərinə cavab olaraq edilib.

Hazırda yenilənmiş interfeys sınaq mərhələsindədir və yalnız məhdud sayda istifadəçilər üçün əlçatandır.