Həmyerlilərimiz Türkiyədə ev alışını 20%-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 203 mənzil alıblar.

İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə olaraq 34 mənzil və ya 20,1 % çoxdur.

Təkcə mart ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 66 mənzil alıblar ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə olaraq 9 mənzil və ya 15,8 % çoxdur.

Mart ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.
Ümumilikdə, bu ilin birinci rübündə Türkiyədə xarici vətəndaşlara 4 603 mənzil satılıb. Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 1 126 mənzil və ya 19,6 % azdır.

Təkcə martda isə xaricilər Türkiyədə 1 580 mənzil alıblar ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə olaraq 211 mənzil və ya 11,8 % azdır.

Yanvar-mart aylarında Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən rüb ərzində 779 mənzil satılıb. Bu, ötən ilin ilk rübü ilə müqayisədə 582 ədəd və ya 42,8 % azdır.
Təkcə martda isə rusiyalılar Türkiyədə 275 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 136 ədəd və ya 33,1 % azdır.

Növbəti yeri İran vətəndaşları tutublar. İranlılara ötən rüb ərzində bu ölkədə 448 mənzil satılıb ki, bu da illik müqayisədə 142 ədəd və ya 24,06 % azdır.

Mart ayında iranlılara 153 mənzil satılıb ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 29 mənzil və ya 15,9 % azdır.
İlk 3-lüyü isə Ukrayna qapadır. Yanvar-mart aylarında Ukrayna vətəndaşları Türkiyədə 304 mənzil sahib olublar. Bu da 2024-cü ilin ilk rübü ilə müqayisədə 57 mənzil və ya 15,8 % azdır. Mart ayında isə ukraynalılar Türkiyədə 124 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 5 mənzil və ya 3,9 % azdır.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.