“Google” İsrailə qarşı etirazlarda iştirak edən 50 nəfəri işdən çıxarıb

“Google” ilə İsrail hökuməti arasında əməkdaşlığa etiraz edən bir qrup işçi şirkətdə iğtişaş yaratdıqdan sonra saxlanılıb.

İndex.az xəbər verir ki, birinci mərhələdə 28 nəfər işdən çıxarılıb.

Mövzu ilə bağlı son açıqlamalar işdən çıxarılanların sayının artdığını ortaya qoyur. Əldə edilən məlumata görə, aksiyada iştirak edən daha 20 nəfər işdən çıxarılıb. “Google” sözçüsü tərəfindən edilən açıqlamada, hadisələrə görə işdən çıxarılanların ümumi sayının 50-ni keçdiyi bildirilib.