
“Google”un süni intellektli çatbotu “Gemini” mart ayından etibarən dünya üzrə aylıq 350 milyon aktiv istifadəçiyə çatdı.
İndex.az xəbər verir ki, Zukerberq, “ChatGPT”nin mart ayında təxminən 600 milyon aylıq aktiv istifadəçiyə çatdığını, “Meta AI” isə sentyabrda 500 milyon aylıq aktiv istifadəçiyə yaxınlaşdığını açıqlamışdı.
İstifadəçilərin 40%-i “Google Gemini” araşdırma, 30%-i yaradıcılıq, 20%-i məhsuldarlıq, 10%-i isə əyləncə üçün istifadə edir.