Fransanın bu qəsəbəsində evlər 1 avroya satışa çıxarılıb

Fransada Burjdan təqribən 45 km aralıda yerləşən Saint-Amand-Montrond qəsəbəsində 828 kvadratmetrlik ev bələdiyyə tərəfindən 1 avroya satışa çıxarılıb.

İndex.az xəbər verir ki, ev kiçik şəhərin mərkəzində yerləşir. Ancaq təbii ki, bəzi çatışmazlıqlar var.

12 ildir istifadə olunmayan evin əsaslı təmirə ehtiyacı var. Ev alacaq insanlar bu şəhərə köçməlidir. Şəhərin əhalisi təxminən 9 min nəfərdir. Elanda deyilir ki, Saint-Amand-Montrondda yaşamağı planlaşdıran ciddi namizədlər axtarır.

Qeyd edək ki, bu proqramın məqsədi köhnə binaların təmirini təşviq etmək, boş evlərin sayını azaltmaq və hər şeydən əvvəl şəhərin mərkəzini canlandırmaqdır.