“Qarabağ”dan sonra “Aypara” və “Gündüz” – İlk nəticə

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin kəşfiyyat üzrə vitse-prezidenti Tore Losetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İndex.az SOCAR-a istinadən xəbər verir ki, görüşdə iki şirkətin bərabər pay bölgüsü əsasında həyata keçirdiyi “Qarabağ” yatağının işlənməsi, eləcə də “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında aparılan kəşfiyyat layihələrində növbəti addımların icrası müzakirə olunub.

“Equinor” şirkətinin nümayəndələri Azərbaycanda SOCAR ilə birgə həyata keçirilən bütün layihələrdə fəaliyyətlərini davam etdirmək əzmində olduqlarını bildirib, “Qarabağ” yatağından sonra “Aypara” və “Gündüz” kimi perspektivli strukturlarda kəşfiyyat qazmasının aparılması üçün mövcud imkanlar ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş "Statoil") və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi”-“Dan Ulduzu”-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili üzrə əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri”-“Çıraq” və “Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalanıb. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT