"AAAF İnşaat" “Azərişığ"ı məhkəməyə verdi

"AAAF İnşaat" MMC "Azərişıq" ASC-ni məhkəməyə verib.

İndex.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, tikinti şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

"AAAF İnşaat" "Azərişıq"a qarşı kommunal xərclərlə bağlı tələb irəli sürüb.

İddia hakim Aytən Əliyevanın icraatına verilib.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan