Günəş enerjisi istehsalı artdı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 608,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 5,4 % artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 11 % artaraq 281,2 milyon manat təşkil edib.

Ötən 8 ay ərzində Azərbaycanda 17 milyard 467,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 % çoxdur. Bunun 16 milyard 936,8 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 7,5 % çoxdur.

Bunun 945 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 14,3 % çoxdur.

Bunun 15 milyard 897,2 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə 7,2 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 57,2 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə 16,9 % azdır.

Yanvar-avqust aylarında ölkədə 37,4 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da ötən ilin 8 ayının göstəriciləri ilə müqayisədə 16,1 % çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan