"Şimal axını-2" kəmərinin tikintisi yekunlaşdı

"Şimal axını-2" qaz boru kəmərinin tikintisi tam başa çatdırılıb.

İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Qazprom" şirkətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, kəmərin tikintisi bu gün səhər başa çatıb.

Qeyd edək ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. "Qazprom" kəməri bu ilin sonuna istismara vermək niyyətindədir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan