Neftimizin qiyməti 73 dolları keçdi

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

İndex.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,64 ABŞ dolları və ya 0,88% artaraq 73,12 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan