“Azəriqaz” müştəri xidmətlərinin elektron sistemini yaradacaq

“Azəriqaz” müştəri xidmətlərinin elektron sistemini yaradacaq

img



Abunəçilərə xidmətlərin göstərilməsində əldə olunan uğurların davamlı olması üçün daha effektiv yeni iş prosedurlarının təşkilinə zərurət yaranıb.

 

İndex.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

 

Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təqdim etdiyi, "Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi” üzrə monitorinq və qiymətləndirmənin həyata keçirilməsindən irəli gələrək müştəri xidmətləri sahəsində bəzi yeniliklər etməyi planlaşdırır.

 

Hazırda “Azəriqaz” “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara 21 xidmət növü təqdim edir. Lakin bunun müəyyən hissəsinin İstehsalat Birliyinin digər strukturları ilə bilavasitə bağlı olması, yəni bəzi sənədlərin işlənilməsini digər şöbələrin əməkdaşları icra etdiyindən vaxt itkisi yaranır, vətəndaş narazı qalır və nəhayət bu da müştəri məmnuniyyətinin azalmasına gətirib çıxarır. Ona görə də qərara alınıb ki, müraciətlərin təminatı ilkin mərhələdə vahid bir elektron poçt üzərindən, gələcəkdə isə xüsusi internet-portalı üzərindən yeni iş proseduru seçilməklə icra olunsun. Bu sistem işə düşdükdən sonra abonent məlumatlarında dəyişikliklərin edilməsi, borc və ödəniş haqqında arayışların verilməsi, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, smart kartda istifadə olunmayan vəsaitin abonent koduna köçürülməsi və digər əməliyyatların icrasını elektron formada həyata keçirilə bilər.