“Azərişıq”da müəmmalı təyinat: Rəislərin yeri dəyişdirildi

“Azərişıq”da müəmmalı təyinat: Rəislərin yeri dəyişdirildi

img



“Azərişıq” ASC-də kadr dəyişikliyi olub.

 

Anews.az-ın məlumatına görə, ASC-nin qərb regionunda fəaliyyət göstərən rəislərin yerləri dəyişdirilib.

 

Gədəbəy rayon elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev Qazax rayonuna, Qazax rayonunun rəisi Akif Əsgərov Gədəbəy rayonuna təyinat alıb.

 

2019-cu il iyunun 3-də yuxarıda adları çəkilən rəislərin yerləri dəyişdirilmişdi. Belə ki, Qazax rayon elektrik şəbəkəsinin rəisi Elşad Məmmədov Ağstafa rayonuna təyin edilmişdi. Eyni zamanda, Ağstafa rayon elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev Gədəbəyə, Gədəbəy rayonunun rəisi Akif Əsgərov Qazax rayonuna rəis vəzifəsinə təyinat almışdılar.

 

Məlumata görə, Akif Əsgərov ötən 1 il ərzində Gədəbəy rayon elektrik şəbəkəsinə rəis qayıtmağa çalışırdı və buna nail oldu. Hazırda A.Əsgərov Gədəbəy rayon elektrik şəbəkəsində təhvil-təslim işləri həyata keçirir.

 

“Azərişıq” ASC kadr dəyişikliyi faktını təsdiq edib. Qurumun mətbuat xidmətindən bildirilib ki, Akif Əsgərovun qısa zamanda yenidən Gədəbəy rayon elektrik şəbəkəsinə təyin olunmasının hər hansı bir məsələ ilə bağlılığı yoxdur.