Sənaye istehsalımız azalıb

Sənaye istehsalımız azalıb

img



Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 24,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% az sənaye məhsulu istehsal edilıb.

 

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalma neft-qaz sektorunda məhsul istehsalının 4,9% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,6% artıb.

 

Sənaye məhsulunun 60,7%-i mədənçıxarma sektorunda, 33,1%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

 

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,2 % azalmış, əmtəəlik qaz hasilatı isə 12,2 % artıb.

 

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,5 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,4%, sair nəqliyyat vasitələrinin istehsalı 63%, maşın və avadanlıqların istehsalı 50,4%, ağacın emalı və ağacdan məmulatların istehsalı 39,5%, tütün məmulatlarının istehsalı 38,7%, kompüter, elektron və optik məhsulların istehsalı 36,8%, geyim istehsalı 32%, kağız və karton istehsalı 30,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,3%, kimya sənayesi məhsullarının istehsalı 13,4%, poliqrafiya məhsullarının istehsalı 11,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 4,7%, elektrik avadanlıqlarının istehsalı 3,4%, neft məhsullarının istehsalı 2,2% artmış, qida məhsullarının istehsalı 0,8%, tikinti materiallarının istehsalı 1,8%, hazır metal məmulatlarının istehsalı 3,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,3%, içkilərin istehsalı 9%, mebel istehsalı 19,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,6% azalıb.

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 9,7% artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7% azalıb.