Ölkədə elektrik enerjisi istehsalı azaldı

Ölkədə elektrik enerjisi istehsalı azaldı

img



Bu ilin səkkiz ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2156,2 mln. kVt/saat, ixracı 97,86 mln. kVt/saat, idxalı 7,3 mln. kVt/saat olub.

İndex.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 224,7 mln. kVt/saat, ixrac 67,74 mln. kVt/saat, idxal isə 3,5 mln. kVt/saat azalıb.

Cari ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1 mln. kVt/saat azalaraq 17502,7 mln. kVt/saat olub.

Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 231,2 mln. kVt/saat artaraq 16415,5 mln. kVt/saat, SES-lərdə 357,8 mln. kVt/saat azalaraq 846,6 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,5 mln. kVt/saat azalaraq 240,6 mln. kVt/saat olub. Külək  Elektrik Stansiyalarında 70,5 mln. kVt/saat, Günəş Elektrik Stansiyalarında  33,1 mln. kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 137,0  mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 15649,8 mln. kVt/saat (İES-lərdə 14952,1 mln. kVt/saat, SES-lərdə 697,7 mln. kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 286,5 mln. kVt/saat (İES-lərdə 124,6 mln. kVt/saat, SES-lərdə 133,2 mln. kVt/saat, Günəş ES-də 28,7 mln. kVt/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 1566,4 mln. kVt/saat təşkil edib.

 Bu dövrdə elektrik enerjisinin ixracı 829,7 mln. kVt/saat olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 111,1 mln. kVt/saat, idxalı isə 94,7 mln. kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 9,7 mln. kVt/saat azalıb.