“Şahdəniz”dən hasil edilən 100 mlrd kubmetr qaz ixrac edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istismara veriləndən bu ilin avqustun 1-dək 184 milyard kubmetr təbii qaz hasil edilib.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarında deyilir.

Məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən avqustun 1-dək isə 147 milyard kubmetrdən çox qaz hasil edilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 100 milyard kubmetrdən çoxu ixraca nəql edilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan