Ölkədə neft emalı 258 min ton artıb

Bu ilin yanvar-iyul ayında Azərbaycanda neft emalı 3,9 milyon ton təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarında deyilir.

Məlumata görə, neftin emala təhvili ötən ilin müvafiq dövrünə nisbətən 257,9 min ton çox olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan