Bu il xaricə qaz satışımız 35 % artıb

Bu ilin yanvar-iyul ayında Azərbaycanın xaricə qaz satışı təxminən 10,4 mlrd kubmetr təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarında deyilir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 % çoxdur.

Bu ilin yanvar-iyul ayında Türkiyəyə təqribən 5,2 mlrd kubmetr, Avropaya təqribən 4 mlrd kubmetr, Gürcüstana isə 1,1 mlrd kubmetr qaz ixrac edilib.

Bu dövrdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə 58,4 mln kubmetr qaz verilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan