Bu il Azərbaycan 16 mln tondan çox neft ixrac edib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan təxminən 16,4 mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarında deyilir.

Məlumata görə, bunun 15,6 mln tondan çoxu konsorsiumun, 823,7 min tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 517,5 min ton, yəni 3 % azdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan