Bu il Azərbaycanda 20 mln tondan çox neft hasil edilib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda təxminən 20,1 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarında deyilir.

Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.

Respublika üzrə neft hasilatının 13,3 mın tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 mln tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 mln ton təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan