Bu il Ceyhan limanından 121 milyon bareldən çox BTC nefti nəql edilib

Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 121,271 milyon barel xam neft nəql edib.

İndex.az şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 167 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 milyard 692,2 mliyon barelə yaxın xam neft 4 826 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan