Sürücülər avtomobil yanacağına 1,4 mlrd manat xərcləyiblər

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 1 393,5 mln. manat məbləğində avtomobil benzini və dizel yanacağı satılıb.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 3,1% çoxdur.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,1%-i avtomobil benzini və dizel yanacağının payına düşüb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22 931,1 mln manatlıq, o cümlədən 12 379,4 mln manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 %, qeyri-ərzaq malları üzrə 2,8 % artıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan