EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 780 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

İndex.az bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – August 2021” hesabatına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 20 min barel və ya 2,63% çoxdur.

2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 790 min barel olacağı gözlənilir. Bu, daha öncə iyul ayında verilən proqnozdan 30 min barel və ya 3,95 % çoxdur. Bu proqnoz isə 2021-ci ilin birinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 6,75 % çoxdur.

2022-ci ilin ikinci rübündə isə Azərbaycanda gündəlik neft hasilatı 780 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in iyul hesabatında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,3 % çoxdur. Bu proqnoz isə 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 80 min barel və ya 11,4 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 750 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə eynidir. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 7,14 % çoxdur.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 780 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən iyul ayında açıqlanan proqnozla eynidir. Bu proqnoz isə 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 20 min barel və ya 2,63 % çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan