Qaradağ və Salyandakı faydalı qazıntı yataqları hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən avqustun 31-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil ediləcək.

İndex.az nazirliyə istinadən xəbər verir ki, Qaradağ rayonunda yerləşən “Sahil”, “Güzdək” əhəngdaşı və “Xıdırlı-I” qum yataqları 2 LOT üzrə, “Şıxlar” qum yatağı 5 LOT üzrə, Salyan rayonunda yerləşən “Xıdırlı” qum yatağı isə 1 LOT üzrə hərraca çıxarılacaq.

Bu yataqların ərazilərində yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı keçiriləcək hərracda iştirakla bağlı iddiaçılar sənədləri 24 avqust 2021-ci il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3A218Zg) və Özəlləşdirmə portalında (https://bit.ly/3A19S24) tanış olmaq olar.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan