Energetika nazirinə yeni müavin təyin edildi - FOTO

Energetika nazirinə yeni müavin təyin edildi - FOTO

img



Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.

İndex.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.

Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva isə “Report”a bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 18 may tarixli sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Kamal Abbasov uzun müddət Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) işləyib. 2009-13-cü illərdə Qaz İxrac İdarəsinin rəisi, 2013-cü ildən isə İdarənin marketinq üzrə rəis müavini vəzifələrində çalışıb.