Image description

Qarabağda təbii qaza illik tələbat ilkin olaraq 200 milyon kubmetrədək təşkil edəcək.
 

Energetika Nazirliyindən verilən məlumata görə, azad olunmuş ərazilərin qazlaşdırılması üzrə ilkin planlaşdırma işlərinə artıq başlandı və yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri müəyyənləşdirildi.

 

Xüsusilə, Böyük Bəhmənli - Füzuli - Hadrut - Şuşa, Azad Qaraqoyunlu - Ağdam, Horadiz - Cəbrayıl - Zəngilan - Qubadlı - Laçın, Goranboy - Kəlbəcər kəmərləri olacaq. Təbii ki, bu qaz kəmərləri bölgədəki yeni sosial iqtisadi hədəflərə görə nəzərdə tutulur. Həmçinin, azad olunmuş hər bir rayonda müxtəlif iqtisadi sahələrinin inkişaf imkanları araşdırılır. Bununla yanaşı, işğal və müharibə dövründə dağıdılmış, viran qoyulmuş şəhər və qəsəbələrin baş planlarının da olması mühüm şərtdir.

 

Nazirlikdə hesab edirlər ki, bəzi yerlərdə sıldırım dağlıq ərazilərə qaz kəmərlərinin çəkilməsi müəyyən çətinlik yaradacaq. “Lakin “Azəriqaz” son illər ərzində bu məsələdə xeyli təcrübə toplayaraq yüksək dağlıq ərazilərdəki məskənlərin təchizatını yoluna qoyur”, - məlumatda bildirilir. 

 

© Interfax-Azerbaijan