Energetika naziri Əlcəzairə səfər edib

Bu gün energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.

İndex.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində energetika naziri ilə Əlcəzairin bir sıra rəsmi şəxsləri arasında ikitərəfli görüşlər keçiriləcək.

Həmçinin, Azərbaycan və Əlcəzair arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.