Smartfonların buraxdığı radiasiyanın miqdarı Xüsusi Absorbsiya Dərəcəsi (SAR dəyəri) ilə ölçülür. SAR dəyəri kiloqrama düşən güc kimi müəyyən edilir.
Index.az xəbər verir ki, bu ölçmə telefonunuzun bədəninizə nə qədər radio tezlik enerjisi yaydığını göstərir.
Almaniya Federal Radiasiyadan Mühafizə Ofisinin paylaşdığı ən az radiasiya yayan telefonlar siyahısına baxdığımızda “ZTE Blade V10″un zirvədə olduğunu görürük.
İkinci yerdə “Samsung Galaxy Note 10+” və onun arxasında “Samsung Galaxy Note 10” qərarlaşıb. İki modelin yaydığı şüalanma baş və bədən üçün müvafiq olaraq 0,19 Vt/kq – 0,28 Vt/kq və 0,21 Vt/kq – 0,29 Vt/kq təşkil edir.
Ən az radiasiya yayan smartfonlar aşağıdakı kimi sıralanıb:
Sıra | Model | ||
---|---|---|---|
1 | ZTE Blade V10 | ||
2 | Samsung Galaxy Note 10+ | ||
3 | Samsung Galaxy Note 10 | ||
4 | LG G7 ThinQ | ||
5 | Huawei P30 | ||
6 | Xiaomi Redmi Note 2 | ||
7 | Honor X8 | ||
8 | Apple iPhone 11 | ||
9 | Realme GT Neo 3 | ||
10 | Samsung Galaxy A53 5G | ||
11 | Samsung Galaxy A23 | ||
12 | OPPO Reno7 | ||
13 | Xiaomi 12X | ||
14 | OnePlus 10 Pro | ||
15 | Vivo X80 | ||
16 | Google Pixel 6 | ||
17 | Motorola Moto G50 5G | ||
18 | Realme GT Neo 2 | ||
19 | Samsung Galaxy A73 5G | ||
20 | OPPO Find X5 Lite |