Bakıda ticarət obyektlərininin qiyməti bahalaşıb

İyul ayı ərzində Bakıda kommersiya obyektlərinin satış və kirayə qiymətləri bahalaşıb.

İndex.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayı ərzində Bakıda kommersiya obyektlərinin satış qiyməti iyun ayı ilə müqayisədə 2.43% bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 10.93% bahalaşma qeydə alınıb.

Ekspert bildirib ki, kommersiya obyektlərinin icarəsi iyul ayı ərzində əvvəlki ayla müqayisədə 0.7%, ötən illə müqayisədə isə 3.23% bahalaşıb.

N.İbrahimov bildirib ki, kommersiya obyektlərinin bahalaşmasının səbəblərindən biri də karantin qaydalarının yumşaldılması olub. Belə ki, karantin qaydalarının yumşaldılması bazarda aktivliyi artırıb ki, bu da qiymətlərə təsirsiz ötüşməyib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan