Bakıda torpağın qiyməti ucuzlaşıb

Bakıda həm ay ərzində, həm də ötən illə müqayisədə torpağın qiyməti ucuzlaşıb.

İndex.az xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayında Bakıda torpağın qiyməti 5.98 faiz ucuzlaşıb.

Onun sözlərinə görə, ötən ilin iyul ayı ilə müqayisədə isə torpağın qiymətində 8.9 % ucuzlaşma müşahidə edilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan