Elektron siqaretlərdə uran təhlükəsi üzə çıxıb – DİQQƏT!

Adi siqaretlərdən daha az zərərli kimi bazara çıxarılan və bazarda geniş yer tutan elektron siqaretlərlə bağlı təhlükələr üzə çıxmağa davam edir.

İndex.az xəbər verir ki, ABŞ-ın Nebraska Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, müntəzəm olaraq elektron siqaretdən istifadə edən gənclərin sidiklərində arabir siqaret çəkənlərə nisbətən 30 faiz daha çox qurğuşun və iki dəfə çox uran aşkarlanıb.

Həmçinin məlum olub ki, uran biomarkerləri mentol və ya nanə əvəzinə şirin elektron siqaret ləzzətlərinə üstünlük verən gənclər arasında xüsusilə yüksək olub.