Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,4 % artaraq 3 milyard 334,7 milyon manat olub.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

I rübdə hüquqi şəxslər əhaliyə 2 milyard 530,4 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 %-ini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 326 manatlıq və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 48,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.