Dövlət büdcəmizin əsaslı xərcləri 46% artıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin xərclərinin 4 milyard 967,1 milyon manatı və yaxud 59%-i cari xərclər, 2 milyard 357,5 milyon manatı və yaxud 28%-i əsaslı xərclər, 1 milyard 88,0 milyon manatı və yaxud 13%-i dövlət borcuna xidmətlə bağlı xərclər olub.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6%, 45,6% və 5,5 dəfə çoxdur.