Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 17 % artıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 9,2 milyon manatı və yaxud 0,1 %-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşüb.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % çox, proqnoza nisbətən isə 27,8 % çoxdur.

Yanvar-mart aylarında büdcə gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 0,2 %-ni icarədən daxilolmalar təmin edib.