Daha bir bank qızıl proqnozunu artırıb

“Citi Research” qızıl proqnozunu artırıb.

İndex.az xəbər verir ki, “Citi Research” təhlükəsiz liman tələbi fonunda üç aylıq qızıl proqnozunu 300 dollar yüksəldib.

Beləliklə, “Citi Research” növbəti üç ay üçün qızılın qiymətinin unsiyasını 3 min 200 dollardan 3 min 500 dollara çatdırıb.