Çində dünyanın ən hündür avtomobil körpüsünün tikilib

Çində dünyanın ən hündür avtomobil körpüsü olacaq yeni bir körpü inşa edilib.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, tikili dəniz səviyyəsindən 625 metr hündürlüyə çatır və uzunluğu təxminən 3 kilometrdir.

Körpü Huajiang kanyonu və Beipan çayının üzərindən keçir. İndi qarşı tərəfə çatmaq üçün cəmi bir dəqiqə lazımdır.

Parametrlərinə görə bu körpü əvvəlki rekordçu – eyni çayın yuxarı axınında 200 kilometr məsafədə yerləşən Duje körpüsünü üstələyir.

Yeni körpünün təntənəli açılışı bu ilin iyun ayında planlaşdırılır.