Çində 10 yaşlı yapon uşağı öldürən şəxs edam edilib

Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfirliyinə “Cong Changchun” kimi tanınan 44 yaşlı hücumçunun edam edildiyi barədə məlumat verib.

İndex.az xəbər verir ki, açıqlamada şübhəlinin nə vaxt və harada edam edildiyi barədə məlumat verilməyib.

Atası yapon, anası Çin vətəndaşı olan 10 yaşlı uşaq 2024-cü il sentyabrın 18-də səhər saatlarında Şincindəki Yapon İbtidai məktəbinə gedərkən bıçaqla hücuma məruz qalıb. Xəsarət alan uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib, hücum edən şəxs isə hadisə yerində saxlanılıb.

Şınçın mətbuatında yer alan xəbərə görə, soyadının “Cong” olduğu bildirilən 44 yaşlı şübhəli uşağa bıçaqla hücum etdiyini etiraf edib və polisdəki ifadəsində qətli tək törətdiyini bildirib. Şübhəlinin əvvəllər telekommunikasiya şəbəkəsində təxribat törətmək və ictimai asayişi pozmaqda ittiham olunub.

Yanvar ayında Şınçında keçirilən məhkəmədə təcavüzkar edam cəzasına məhkum edilib.