Çin Litvanı diplomatlarını ölkədən çıxarmaqda qınayıb

Çin Xarici İşlər Nazirliyinin bazar ertəsi verdiyi açıqlamada, Litvanın ölkə diplomatlarını ölkədən qovduğuna görə bu qərarı “təxribat” kimi qiymətləndirilib.

İndex.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Litvadakı diplomatlarının heç bir səbəb olmadan deportasiya edildiyini və “persona non-qrata” elan edildiyini iddia edib.

Mübahisələr Baltik dənizində Litva və İsveçi birləşdirən iki sualtı kabelin kəsilməsində Çin gəmisinin şübhəli iştirakı ilə bağlı araşdırma ilə üst-üstə düşüb.

İsveç hökuməti kabellərin qırılmasının səbəbini müəyyən etmək üçün Çindən əməkdaşlıq istəyib.

Litva hökumətinin cümə günü verdiyi açıqlamada Çinin diplomatik nümayəndəliyində olan 3 nəfərin bir həftə ərzində ölkəni tərk etmələri barədə göstəriş verildiyi bildirilib.

Litva Xarici İşlər Nazirliyi tərəfindən dərc edilən yazılı mətndə Vyana Konvensiyasına və digər beynəlxalq qanunlara istinad edilsə də, əlavə təfərrüatlar daxil edilməyib.