Çin bankları depozit faizlərini azaldıb

Çinin böyük dövlət bankları depozit faizlərini azaldıb

İndex.az xəbər verir ki, Çinin ən böyük dövlət bankları maliyyə sektoruna və bütövlükdə iqtisadiyyata bir qədər rahatlıq gətirmək məqsədilə depozit faizlərini aşağı salıblar.

“Çin Sənaye və Kommersiya Bankı” (ICBC), “Çin Kənd Təsərrüfatı Bankı”, “Çin Bankı və Çin İnşaat Bankı” 3 və 5 illik depozit faiz dərəcələrini 15 baza bəndi, tələb olunan depozitlər üçün illik faiz dərəcələrini isə 5 baza bəndi azaldıb.

Bu gün qüvvəyə minən dəyişikliklər iki illik depozit faizlərini də 10 baza bəndi azaldacaq.