“ChatGPT”nin qurucusu Altman bacısının təcavüz iddiasını rədd edir

“ChatGPT”nin qurucusu Sam Altmanın bacısı Ann Altman 1997-2006-cı illər arasında qardaşı tərəfindən müntəzəm olaraq cinsi təcavüzə məruz qaldığını iddia edərək məhkəməyə müraciət edib.

İndex.az xəbər verir ki, yanvarın 6-da ABŞ-ın Missuri ştatında açılan iddiada təqiblər başladığı zaman Ann Altmanın 3, Sem Altmanın isə 12 yaşında olduğu iddia edilib.

Dünyanın ən çox istifadə edilən süni intellekt proqramlarından biri olan “ChatGPT”nin arxasında duran “OpenAI”nin bir nömrəli adı olan Altman, anası və iki qardaşı ilə birlikdə yayımladığı ortaq bəyanatda bu iddiaları rədd etdi.

“Bütün bu iddialar tamamilə yalandır. Psixi sağlamlıq problemi olan ailə üzvünə qulluq etmək son dərəcə çətindir”, – bəyanatda deyilir.

Sam Altman bacısını maddi cəhətdən dəstəklədiyini, hər ay onun kirayəsini və hesablarını ödədiyini, ev almağı təklif etdiyini, lakin bacısının daha çox pul istəməyə davam etdiyini iddia etdi.

BBC tərəfindən görülən məhkəmə qeydlərində Ann Altmanın qardaşını onu manipulyasiya etməkdə, illərlə təcavüz etməkdə və istəmədiyi şəkildə ona toxunmaqda günahlandırdığı ifadə edilir.