Ceki Çan karyerası boyu film ardınca film çəkən, heç vaxt evə düzgün getməyən, oğlu böyüyərkən bütün məsuliyyəti həyat yoldaşının üzərinə atmış bir insandır. Buna görə də ata-oğul arasında heç bir bağ yaranmayıb.
İndex.az xəbər verir ki, uşaq universitet illərində də çox “axsayıb”. O, daim atası ilə müqayisə edildiyindən və həyatında heç bir məsuliyyət daşımadan böyüdüyündən uğur qazana bilmədi.
Elə bu vaxt mətbuatda onun narkotikdən istifadə etməsi xəbəri partlayır. Bu xəbər Avropa və ABŞ-da adi hal kimi qəbul edilir və heç kim buna əhəmiyyət vermir. Lakin Çində narkotikdən istifadə böyük cinayət və tabudur.
Çində Britaniya müstəmləkəçiliyi tarixindən gələn bir həssaslıq var. Buna görə də uşaq ifşa olunanda Ceki Çan da Çin xalqından üzr istəyir və həm öz imicini xilas etmək üçün tez bir zamanda oğlunu rədd edir. Müəyyən məbləğ ödəməklə qanuni yolla cəzasını yüngülləşdirməsi mümkün olsa da, oğluna kömək əlini uzatmır. Beləliklə, onsuz da mövcud olmayan ata-oğul münasibətləri daha da zədələnir.