Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

Sənət adamları bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.

Məlumatı “Report”a Əməkdar artist Firuzə İbadovanın qızı Hülya təsdiqləyib.

Cavanşir Məmmədov vəfatı ilə bağlı TƏBİB də məlumat yayıb.

TƏBİB-in yaydığı məlumata görə, Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, – məlumatda deyilir.