Cənubi Koreyada iqtisadi artım gözləntiləri üstələdi

Cənubi Koreyanın Ümumi Daxili Məhsulu cari ilin birinci rübündə 3,4% artıb.

İndex.az xəbər verir ki, bu artım, 2021-ci ilin 4-cü rübündən bəri ən sürətli rüblük artım olub.

Cənubi Koreya iqtisadiyyatı ötən rüb ilə müqayisədə 1,3% artaraq iqtisadçıların 0,6%-lik gözləntilərini üstələyib.

Cənubi Koreyadan ixrac birinci rübdə mobil telefonlar kimi məhsulların ixracının artması hesabına 0,9% artıb.

Elektron avadanlıq idxalındakı azalma səbəbiylə isə idxal 0,7% azalıb.